AzNews.az-ın Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb.
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır.
59 kq- Rövşən Bayramov — 2-ci yer
66 kq- Həsən Əliyev – 9-cu yer
71 kq- Rəsul Çunayev – 1-ci yer
75 kq- Elvin Mürsəliyev – 6-cı yer
80 kq- Rafiq Hüseynov – 5-ci yer
85 kq- Saman Təhmasibi – 5-ci yer
85kq- İslam Abbasov – 13-cü yer
98 kq- Şalva Qadabadze – 19-cu yer
130 kq- Sabah Şəriəti – 4-cü yer