Onların proqnozu necədir - “Yuventus”, yoxsa “REAL”?
Bu gün UEFA Çempionlar liqasının final oyunu keçiriləcək. Dünyanın bir çox ölkəri ilə yanaşı, Azərbaycanda da “Yuventus” – “Real” (Madrid) matçını səbirsizliklə gözləyən futbol azarkeşlərinin sayı həddindən artıqdır. Tanınmış simaların da matçla bağlı öz fikirləri, tərəfini tutduqları komandalar var. Modern.az saytı final matçı ilə bağlı sorğu keçirib. Sualımız beləydi: “Kimə azarkeşlik edirsiniz, bugünkü finalda favorit hansı klubdur?”. Deputat Madrid klubunun çempion olmasını istəməyən “Barsa” azarkeşlərinə dair maraqlı bir müqayisə aparıb: “Bu düzgün fikir deyil. Adicə Azərbaycan futbolundan götürək. “Qəbələ” və “Qarabağ” klubları güclü rəqiblərdir. Lakin onlardan hansı Avropa Liqasında çıxış edirsə, biz həmin oyun üçün o kluba azarkeşlik etməliyik. Mən də əsasən ispan klublarına azarkeşlik etdiyimdən, final matçında “Kral klubu”nun qazanmasını istəyirəm”. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu matçda “Yuventus” klubunu üstün gördüyünü bildirib: “Son oyunlardakı göstəricilərə əsasən deyə bilərəm ki, bu oyun “Yuventus”un xeyrinə həll olunacaq. Hər iki klubun cari mövsümdə öz liqalarındakı çıxışlarına nəzər yetirsək görərik ki, “Yuventus” klubu daha formada olan tərəfdir. Bu baxımdan italyan klubunun qalib olacağını düşünürəm”. Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov final matçı ilə bağlı təmkinli danışıb: “Bu matçın tərəflərinə 5050 qələbə ehtimalı verirəm. Çünki bu final oyunudur. Heç kim zəmanət verə bilməz ki, bugünkü oyunda hansı klub qalib olacaq. Belə deyim, vacib oyunda hansı klub az səhv eləsə, yaxud digər klub rəqibin səhvlərindən istifadə edə bilsə, o qalib gələcək. Qaldı ki matçın final oyunu olub-olmamasına, bu mənim üçün o qədər də maraqlı deyil. Mən ona görə futbola baxıram ki, oyunda taktiki yenilikləri görə bilim”. Kriştianu Ronaldo faktorunu əsas gətirən deputat Fazil Mustafa “Real” (Madrid) klubunun qələbə qazanacağını düşünür: “Finalda daha çox Madrid klubunun qalib olacağını düşünürəm. Baxmayaraq ki, “Yuventus” hazırda çox yaxşı vəziyyətdədir. Lakin ispan klubunun şansları daha çoxdur. Düşünürəm ki, Kriştianu Ronaldo faktoru bu oyunda öz sözünü deyəcək. Bu futbolçu istənilən halda, möcüzə yarada bilən oyunçudur”. F.Mustafa ümumilikdə heç bir kluba azarkeşlik etmədiyini əlavə edib: “Mən əsasən, yaxşı oyunlara baxıram. “Yuventus”, “Barselona”, “Liverpul”, “Bavariya” klublarının matçlarını həmişə izləyirəm. Azarkeşlik etdiyim klub yoxdur”. “Bir qədər davamlı izləmək imkanım olmayıb. Ayrı-ayrılıqda oyunlara baxmışam. Açığı 90-cı illərdən fərqli durumdayıq. Futbol azarkeşliyini qoruyub-saxlamaq çox çətindir. İnsan 2 hissi paralel yaşaya bilmir. Sadəcə bunun üçün şərait olanda diqqət ayırmaq olur. Oyun barədə düşünürəm ki, “Real” klubu çempion olacaq. Doğrudur, “Yuventus” bu mövsüm yaxşı bir yol keçdi. Əvvəlki nailiyyətlərinə çox yaxındır. Ancaq bununla bərabər “Real”ın daha sistemli oyun göstərdiyini deyə bilərəm. Aparıcı oyunçularının olması, seçilən taktiki sxem onu deməyə əsas verir ki, bugünkü oyunda ispanlar qalib olacaq”. Qol.az saytının baş redaktoru Aydın Bağırov bu oyunda ispan klublarının Avropa futbolundakı hegemonluğuna son qoyulmasını istədiyini bildirib: “Hər iki klub çox güclüdür. Mən “Yuventus” klubunu favorit görürəm. Düşünürəm ki, “Yuventus” “Real”ın hegemonluğuna son qoyacaq. Qoyulmalıdır da. Çünki bu bir az ədalətsizlik olar, hansı ki hazırda elə bir vəziyyət yaranıb ki, Avropa futbolu “Barselona” və “Real” (Madrid) klublarının monopoliyasına keçib. Lakin bu gün Avropada kifayət qədər yaxşı komandalar var. Bu kuboku qazanmağa layiq komandalardan biri də “Yuventus”dur. Digər tərəfdən, italyan klubunun qapısını təcrübəli qolkiper Buffon qoruyacaq. Bu mükafat isə onun kolleksiyasında çatışmayan yeganə tituldur. Elə buna görə “Yuve”nin qazanmasını istəyirəm”.
İspan klublarının maraq dairəsində olduğunu bildirən deputat Aqil Abbas final matçının favoritini açıqlayıb: “Bu oyunda “Real”ın qazanmasını istəyirəm. Baxmayaraq ki, “Barselona” klubuna azarkeşlik edirəm. Hazırda İtaliya futbolunda yüksək inkişaf var. Ancaq bu gün dünya futbolunun paytaxtı İspaniyadır. “Real” (Madrid) “Barselona”nın yanında uşaqdır. Ona tabedir”.
Futbolla maraqlanan daha bir deputat Zahid Oruc, final oyunu ilə bağlı münasibət bildirib: