Polis Vahid Mustafayevi saxladı, avtobusa mindirib yola saldı - FOTOLAR
Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb. Moderator.az xəbər verir ki, hadisə axşamtərəfi – saat 19 radələrində Nobel prospektində baş verib. Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə V.Mustafayevin motosiklet karvanı dünən motosiklet qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.