“Best model of world“ təmsilçimiz: “Biabırçılıq idi, YERİ PULLA satmışdılar” - FOTOLAR
Elxan Hüseyn: “Məşhur firmanın siması oldum, 400 manat verdilər” “Best model of world“ müsabiqəsində üçüncü seçilən və “Ən yaxşı fotomodel” adı alan Elxan Hüseyn “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. Dünyaca məşhur müsabiqədə uğur qazanan modellə gələcək fəaliyyəti, Azərbaycandakı model sahəsindəki vəziyyət və şəxsi həyatından danışdıq. - Bundan sonra fəaliyyətinizi Azərbaycanda davam etdirəcəksiniz? - İnanmıram ki, Azərbaycanda uğur qazanım. Fəaliyyətimi Türkiyədə davam etdirmək istəyirəm. Mən Türkiyədə modellik təhsili almışam. Tanınmış menecerlərdən biri mənimlə çalışmaq istəyir. Orada özümü daha yaxşı göstərə biləcəyəm. - Türkiyədə modellər, bir müddət sonra aktyor kimi fəaliyyət göstərir. Özünüzü o sahədə sınamaq istəyirsiniz? - Model olmağın çətinlikləri var. Daim formada qalmalısan, pis vərdişlərin olmamalıdır, yuxu rejimin düzgün qurulmalıdır və s. Bu çərçivələr sizi yormur? - Formanı saxlamaq çox çətindir. Mən tez kilo alan adamam, genetikamda var. Daim idmanla məşğulam. Gün ərzində 5 dəfə yeyirəm. Yediyim yeməklər də kiloma təsir edir, öz yemək proqramım var. Modellik podiuma çıxıb o başa bu başa getmək deyil. Pəhriz saxlamaqdan bezirəm. İdman etməyi sevirəm. 1 ay məşğul olanda asılılıq yaradır.
- Elxan Hüseyn kimdir? Özünüzü oxuculara necə təqdim edərdiniz?
- 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olmuşam. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və Menecment” fakültəsində 4-cu kurs tələbəsiyəm. İlk model təhsilini High Life & Model Academy-də almışam. 2014-cü ildən peşəkar olaraq modelliklə məşğulam. Bu sahədə, bir çox diplom və sertifikatlarla təltif edilmişəm. Türkiyədə də modellik təhsili almışam.
- Model olmağa necə qərar verdiniz?
- 9-cu sinfə oxuyurdum, ilk dəfə “Best model of world“ ilə tanış oldum. Birinci Çağatay Ulusoy olmuşdu. O zaman düşündüm ki, mən də model ola bilərəm. Çağatayın uğurlarını görəndən sonra daha da həvəsləndim.
- Adətən Azərbaycanda ailələr övladlarının, xüsusilə qızların model olmasını istəmir. Bu sənətə barmaqarası yanaşır. Sizin model olmaq istəyinizi necə qarşıladılar?
- Mənim ailəm dardüşüncəli deyil. Tam müasir düşüncəli ailədə böyümüşəm. Valideynlərim müsbət qarşıladılar. Atam özü dedi ki, modellik et. Mən müsabiqədə olanda çox həyəcan keçirdilər. Bizə son anda müsabiqənin hansı kanallarda yayımlanacağını dedilər.
İnternetimiz yox idi, evə xəbər edə bilmədim. Onlar da axşam 12-ə kimi gözləyib, yatıblar. Saat 5-ə qalmış Aqil evdəkilərə zəng edib, xəbər verib. Hamısı məni izləyib, çox seviniblər. Əslində orada çox həyəcanlı idim. Mən məğlub olmağı sevmirəm. Ad çəkməyəcəyəm. Təzə-təzə modelliyə başlayanda bir müsabiqəyə qatıldım, mənə böyük haqsızlıq oldu. Əsəbləşsəm də, o müsabiqədən sonra üzərimdə çalışdım. Onlara nəyə layiq olduğumu göstərdim.
Eyni zamanda təhsil aldığım sahə üzrə də çalışacağam. Modellik, aktyorluqla kifayətlənməyəcəm. Modellikdə uğur qazanacağımı düşünürəm. İnanmaq uğurun çox hissəsidir. Özümü qarantiyaya almaq istəyirəm.
- “Best model of world“ müsabiqəsinə yolunuz necə düşdü?
- 2017-ci ilin yanvar ayında təşkilatçı Aqil Məmiyev mənimlə əlaqə saxladı. Dedi ki, hazırlaş, “Best model of world“ müsabiqəsində ölkəni sən təmsil edəcəksən. Sonra hazırlıq prosesi oldu, vizam alındı, müsabiqəyə qatıldım. Müsabiqəyə qatılan hər kəsin istəyi qalib olmaqdır. Yer tutacağımı gözləmirdim.
- Əlbəttə, istəyirəm. Çünki modelliklə pul qazanmaq olmur. Tanınmış “Damat” firmasnın reklamına çəkildim. 800 lirə pul verdilər.
Çox tanınmalısan ki, yüksək məbləğdə qonorar versinlər.
- Aktyorluq bacarığınız necə varmı?
- Aktyorluq bacarığım olduğunu düşünürəm. Amma dəqiq nə isə deyə bilmərəm. Çünki bunu peşəkar kinoşünaslar, rejissorlar deyə bilər. Reklamda, klipdə rahatlıqla oynaya bilərəm. Müğənni Roza Zərgərlinin “Hər gün” mahnısına çəkilən klipdə rol almışam.
Amma film, serial üçün gərək aktyorluq dərsi alım.
- Türkiyədə tanınmaq üçün hansısa məşhur xanımla evlənərsiniz?
- Yaşım azdır deyə evlilik haqqında düşünməmişəm.
- Müsabiqədən sonra həyatınızda nələrsə dəyişib?
- Müsahibələr alınıb, sosial şəbəkədə izləyicilərim artıb. İnsanlar tanıyır. Artıq sözümü öz sahəmdə demişəm. Bizim modellər özünü təqdim etməyi bacarmır. Əsas deyil ki, sosial şəbəkədə izləyicin, “like” edənin çox olsun. Əsas təqdimatdır.
- Azərbaycanda model müsabiqələrində çox zaman birinci pulla seçilir. Ona görə də bu sahə inkişaf etmir.
- Müsabiqələr çox biabırçıdır. Keçən ay məni bir müsabiqəyə münsif kimi çağırmışdılar. Elə biabırçılıq görməmişdim. Bazar idi, birinci yeri satmışdılar. Iştirakçıların gözəlliklə əlaqəsi yox idi. Gözəllik yarışmasına göbəklə, balaca boyla qatılmışdılar. Bir normal qız var idi, onu ikinci seçdilər. O layiq idi. O qədər ağladı ki. Çox pis oldum. Ona görə bizdə modelliyə ciddi yanaşılmır. “Best model of world” modellərə elə ciddi yanaşırlar. Dünya bu sahənin hörməti var. Insanlar bundan milyonlar qazanır.
- Siması olmaq istəyiniz hansısa marka varmı?
- Məşhur markaların siması olmaq istəyirəm. Bu hər modelin arzusudur. Azərbaycanda Röyanın klipinə çəkilmək istəyərəm.