"NİZAMİ"-də rayon rəhbərliyinin SAKİNLƏRLƏ nővbəti GŐRŰŞŰ KEÇİRİLİB...

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Növbəti səyyar qəbul-görüş 14 fevral 2018-ci il tarixində Bəhruz Nuriyev küçəsi 14, 16, 16a, 20/116, Qara Qarayev prospekti 118 və 120 saylı ünvanlarda keçirilib.Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası  nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlərin görüldüyünü qeyd edərək, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.

Sakinlərdən A.Əliyeva, B.Həsənova, K.Nəcəfov, R.Məhərrəmov, P.Əliyev, N.Əliyeva, Z.Məmmədov, Q.Əsədov və digərləri məhəllədaxili yolların asfaltlanması, istilik sisteminin təmir edilməsi, məhəllələrin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, binaların grişlərinin, blokunun və dam örtüklərinin təmir olunması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Görüşdə sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

AzerTaym.az

 

Video görüntülər: http://nizami-ih.gov.az/video.html

  

 

 






Fikirlər