30.03.2014. - Başçı Prezidentdən nümunə götürməyə çağırdı
Rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi səyyar qəbul zamanı kənd sakinlərin müraciətləri dinlənilib.
AzerTaym.az xəbər verir ki,səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məslələrin əksəriyyəti icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində ölkə prezidenti İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd edib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.
Səyyar qəbul zamanı çıxış edənlər rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirib. Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.
Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib, digərlərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, nəzərdə tutulmuş işlər barədə məlumat verib.
Sonda qeyd olunub ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və problemi olan vətəndaşlara qayğı bundan sonra da davam etdiriləcək.