Viktor QUMİNSKİnin başçılıq etdiyi nümayəndə HEYƏTİ ilə görüş OLUB
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 22.03.2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan icra başçısı A.Fərzəliyev ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsinə əsasən rayon icra hakimiyyətinin üzərinə düşən təşkilati vəzifələr barədə məlumat verib. İcra başçısı hər zaman olduğu kimi qarşıdan gələn Prezident seçkilərinin də vətəndaşlarımızın fəal iştirakı ilə bütün respublikada, eləcə də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə və ölkəmizin dinamik inkişafına yeni bir nəfəs verəcəyinə əminliyini ifadə edib.Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski başçılıq etdiyi nümayəndə heyətinin əsas missiyasının müvafiq qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının hazırlıq prosesinin və keçirilməsinin obyektiv qiymətləndirilməsi olduğunu qeyd edib, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar rayon ərazisindəki seçki dairələri və məntəqələrinin təşkilati baxımdan seçkilərə hazırlığı ilə maraqlanıb. Sonra Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti Nərimanov rayonunda yerləşən seçki dairələri və məntəqələrinə baş çəkərək onların seçkiyə hazırlıq vəziyyəti ilə yerində tanış olub.AzerTaym.az