NƏRİMANOVDA seçki GÖRÜŞÜ Keçirilib
Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Nərimanov rayon təşkilatında Nərimanov rayon Respublika Veteranlar Şurasının üzvləri və Müharibə, Əmək və Silahlı Qüvvələrin veteranları ilə görüş keçirilib. “AzerTaym.az” xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, YAP Nərimanov rayon Qadınlar Şurasının üzvləri, Seçki Qərargahının üzvləri, veteranlar, rayon ağsaqqalları, rayon ictimaiyyəti nümayəndələri və digərləri iştirak ediblər. Təmraz Tağıyev çıxış edərək YAP -ın namizədi, dövlət başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar haqda danışıb. Polkovnik Cəlil Xəlilov İlham Əliyevin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən söz açıb: “Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir”. Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də Ağsaqqallar Şurası olaraq fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıb. Sonda təşkilat sədri T. Tağıyev, 11 aprel Prezident seçkilərində Nərimanov rayon sakinlərinin YAP-ın namizədi prezident İlham Əliyevə səs verəcəyinə əminliyini qeyd edib.