PARLAMENTİN QƏFİL İCLASI ÇAĞIRILDI - YENİ BAŞ NAZİR SEÇİLƏCƏK
Aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Bununla bağlı Musavat.com-a parlamentin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, plenar iclasın gündəliyində bir məsələ var: yeni baş nazirin namizədliyi müzakirəsi. Qeyd edək ki, şənbə günü Milli Məclisin plenar iclasının keçirilməsi nadir hadisələrdəndir. Telefon əlaqəsi saxladığımız deputatlar da onlara iclasla bağlı bir az əvvəl məlumat verildiyini deyiblər və bunun səbəbləri barədə məlumatsız olduqlarını deyiblər.