Milli Məclisin növbəti iclasının VAXTI BƏLLİ OLDU
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı bəlli olub. Modern.az-ın məlumatına görə, parlamentin növbəti plenar iclası noyabrın 21-də keçiriləcək. Noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında “2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsi”nin layihələri müzakirəsinə başlanacaq. Müzakirələr iki gün davam edəcək.