"Heydər Əliyev mənim də müəllimim olub" - AKADEMİK KAMAL ABDULLA

"Heydər Əliyev mənim də müəllimim olub" - Akademik Kamal Abdulla

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdulla Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar öz xatirəsini bölüşüb.

Sonxeber.az-a açıqlama verən akademik Kamal Abdulla müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lideri yad edərək bu sözləri bildirdi.

"Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdəki tolerantlıq mühitində mühüm töhvələrini verib. Cəsarətlə vurğulaya bilərik ki, Ümummilli Lideri həm də multikulturaliziminin siyasi banisidir. Bu o deməkdir ki o Azərbaycanda gedən bütün prosesləri millətlərarası dini münasibətləri incəliyinə qədər mənimsəmişdir. Onun çox gözəl bir kəlamı var idi ki, Azərbaycanın gücü Azərbaycanda yaşayan müxtəlif xalqların gücündən ibarətdir. Bu özü multikulturalizimin çox böyük nəzəri bünövrəsini təşkil edən əsas ideyalarından biridir.
Ulu öndər mənim də müəllimim olub, nəinki Azərbaycan xalqının. Ümummilli Liderin müxtəlif istiqamətlər göstərdiyi siyasi iradədən çox şey öyrənmişəm. Heydər Əliyev tanışlığımız Naxçıvan şəhərində baş tutmuşdu. Tanışlığımızdan bir müddət sonra Ulu öndərin sərəncamı ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edildim"

"Ümummilli lider Heydər Əliyev təhsilə böyük önəm verirdi"

"O, hər zaman Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda yazıçılarına görkəmli insanlarına yüksək diqqət və qayğı göstərib. Azərbaycanın ən ağır günlərində Ulu öndər Heydər Əliyev uğurlu siyasəti nəticəsində faciəvi proseslərə son qoydu. Azərbaycanın inkişaf etməsi, çiçəklənmə dövrü onun hakimiyyətə gəlməsi ilə başladı. Onun müdrikliyi, uzaqgörənliyi, perspektiv planları sayəsində Azərbaycan qüdrətli dövlətə çevrildi. Cənab prezident İlham Əliyev də bugünki gündə Ulu öndərin uğurlu siyasi yolundan gedir", deyə Kamal Abdulla vurğulayıb.

AzerTaym.az






Fikirlər