Qərb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Qərb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsini anma gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AzerTaym.az-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu direktorunun müavini, Qərb Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri Cəbi Bəhramov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıblar. Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

Qeyd olunub ki, Heydər Əliyev deyəndə müstəqil Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür.

Sonda Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr edilmiş film nümayiş olunub.

  .

 

 






Fikirlər