AZƏRBAYCANIN BİR SIRA məhkəmələrinə sədr TƏYİNATLAR OLUB - SİYAHI
Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə sədr təyinatları olub. AzerTaym.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib. Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər: Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər: Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər: Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.