Xaçmazın yeni icra başçısı küçədə sakinlərlə görüşdü - FOTO

Xaçmazın yeni icra başçısı küçədə sakinlərlə görüşdü

Xaçmazın yeni təyin olunan icra başçısı Elnur Rzayev vətəndaşlarla görüşüb.

"AzerTaym.az" bildirir ki, Elnur Rzayev Xudat sakinləri ilə görüşüb və onların problemlərini dinləyib. 

Bir-bir sakinlərlə söhbət edən icra başçısı vətəndaşların problemlərinin həll edilməsi ilə bağlı göstərişlər verib. 

Qeyd edək ki, prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən onlara göstərişlər vermişdi:

"Siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm". /azxəbər.com

 






Fikirlər