Prezidentin yeni təyin etdiyi gənc icra başçısından NÜMUNƏVİ ADDIM
Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb.
"AzerTaym.az" bildirir ki, bu barədə İcra Hakimiyyətindən məlumat daxil olub.
Bildirilir ki, 39 yaşlı icra başçısı digərlərindən fərqli olaraq vətəndaşları hər gün qəbul etmək qərarına gəlib. Belə ki, Xaçmazda Elnur Rzayevin qəbulunda olmaq istəyən yerli sakinlərə hər gün səhər 10-dan etibarən onunla görüşək fürsəti yaradılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəcək vətəndaşlar bu yolla öz problemlərini birbaşa ona çatdıracaq və yaranacaq neqativ halların həllinə tez bir zamanda nail olacaq.