Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır - FOTOFAKT
Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.
"AzerTaym.az" "Demokrat.az"-a istinadən xəbər verir ki, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir.
Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.
Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!
\Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.