Allahşükür Paşazadənin qardaşı: “Bəziləri elə bilir ki, şeyxin sosial şəbəkədən XƏBƏRİ YOXDUR”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə son vaxtlar Facebook sosial şəbəkəsində aktivdir.

Şeyx şəxsi səhifəsində maraqlı paylaşımları ilə diqqət çəkir.

Şeyxülislamı sosial şəbəkədə izləyən hər kəsi bir sual düşündürür: Allahşükür Paşazadə səhifəsini özümü idarə edir?

Şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib:
Bəziləri elə bilir ki, şeyxin sosial şəbəkə səhifəsindən xəbəri yoxdur. Ancaq bu doğru deyil. Səhifəsində yerləşdirilən hər material şeyxin icazəsi ilə paylaşılır. Səhifədə Allahşükür Paşazadənin icazəsi olmadan hansısa xəbər paylaşıla bilməz”.






Fikirlər