PAŞAZADƏNİN ÇEXİYADAKI VİLLASININ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

eyx-kollaxj

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb. Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləməyi bacarıb.
AzEuroNews.com-un əldə etdiyi məlumatda isə, deyilir ki, şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalırŞeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər.

Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLARŞeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb

Paşazadələrin malik olduqları mənzil kompleksi  isə, Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “Imperial Hotel”-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.

Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLARŞeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb

Nəzərinizə çatdıraq ki, Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

50ae2456bb7a53d1978dded5b04f1a8f

AzPolitika.info qeyd edir ki,  Allahşükür Paşazadənin də müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumatlar yayılıb. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir. Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Eyni zamanda kurort cənnəti hesab olunan Karlovı Varıda da şeyximizin biznesi olduğu xəbəri yeni deyil. Bundan əvvəl sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunub.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV” şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır”. (AzPolitika.info)

 
 






Fikirlər