Hikmət Hacıyev ermənilərin vurulmuş dronunun şəklini YAYDI...
Prezindentin köməkçisi Hikmət Hacıyev Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ermənistanın kamikadze dronunun şəklini paylaşıb. “AzerTaym.az"-ın verdiyi xəbərə görə, H.Hacıyev bildirib ki, dron mülki ərazilər üzərində uçurmuş: “Daha bir neçə mülki vətəndaş xilas edildi. Ermənistan tərəfindən terror davam edir. Ermənistanı sülhə məcburetmə də davam etməlidir”.