“Ermənistan ordusu o həddə çatıb ki, əsgərlər bir-birinə güllə atır” - Hərbi ekspert

“Ermənistan ordusu o həddə çatıb ki, əsgərlər bir-birinə güllə atır” - Hərbi ekspert

"Ermənistan döyüş meydanında və siyasətdə Azərbaycana sürətlə uduzduğu üçün artıq sonuna fərman verib".

 "AzerTaym.az" bildirir ki, bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır: "Azərbaycan Ermənistanın elədiklərini heç vaxt ona bağışlamayacaq. Bu ölkə Azərbaycan qarşısında tam məsuliyyəti ilə cavab verəcək. Ya onlar Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqından üzr istəyəcək, ya da onları cəzalandıracağıq. Biz artıq başa düşdük ki, Ermənistanı bu məsələdə şirnikləndirən qüvvələr var, onları bu cinayətləri törətməyə sövq edən dövlətlər var. Həmin dövlətələr Ermənistanın etdikləri cinayətlərə susur, ona layiq olduğu yeri göstərmir. Bu cinayətlərdə Ermənistanla bərabər o dövlətlər də məsuliyyət daşıyır. Hesab edirəm ki, Azərbaycan bunu cavabsız saxlamamalıdır və saxlamayacaq".

Hərbi ekspert bildirib ki, döyüş meydanında biabırçı uğursuzluğa düçar olan Ermənistan siyasi-hərbi rəhbərliyi mülki obyektləri və şəxsləri hədəf almaqla nəyəsə nail olmaq istəyir: "Amma kökündən yanılırlar. Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanın tərəfdarlarının sayı da get-gedə artır. Nədənsə ermənilər hələ bunu dərk etmir. Artıq Ermənistan ordusu o həddə çatıb ki, əsgərlər bir-birinə güllə atır. Ermənistan ordusunun yüksək rütbəli zabitləri qorxaqcasına döyüş meydanını tərk ediərək qaçırlar. Ermənistan humanitar atəşkəsi pozmaqla daha bir şansı qaçırdı. Onlar döyüş meydanında ölən hərbçilərini belə son mənzilə yola salmaqdan məhrum oldular. Məhv edilən hərbçilərinin cəsədlərini yenə də döyüş meydanında qoydular". (Trend)






Fikirlər