Deputat onlara hiddətləndi: QULDURLAR!..
Milli Məclisin deputatı Etibar Əliyev tutduqları vəzifədən sui-istifadə etməklə külli miqdarda dövlət əmlakını talayan iki nəfərə hiddətlənərək, onları “quldurlar" adlandırıb. Vidadi Muradov 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olub və “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürüb.
Modern.az-ın məlumatına görə, E.Əliyev bildirib:
“Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsini nağdlaşdırılmaqla mənimsəyib”.
Qeyd edək ki, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, həm də “Azərxalça” ASC-nin sədri Vidadi Muradov talançı əməllərinə görə həbs olunub.