Ramin Bayramlının vəzifəsindən azad olunması xəbəri yayıldı ...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir. Bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir. Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. "Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib. Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir. /Bakupost.az