Türkiyədən NÖVBƏTİ UĞUR: AKINCI-nın B modeli sınaqdan çıxdı ...

 

Bayraktar AKINCI TİHA-nın 2 x 750 olmaqla 1500 at gücünə malik B modeli ilk uçuş testini uğurla tamamlayıb.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən AKINCI layihəsi çərçivəsində Baykarın yerli və milli imkanlarla hazırladığı Bayraktar AKINCI TİHA (Hücum İnsansız Hava Aparatı) B modeli səmaya qaldırılıb.

Ümumi gücü 1500 at gücünə malik olan Bayraktar AKINCI B sinifinin ən güclü və döyüş qabiliyyətinə malik döyüş təyyarəsi kimi xidmət edəcək. Bayraktar AKINCI B TİHA Çorludakı Bayraktar AKINCI Uçuş Tədris və Test Mərkəzində həyata keçirilən sınaq fəaliyyəti zamanı 1 saat 16 dəqiqə havada qalıb.

Beləliklə, Bayraktar AKINCI B ilk uçuşunda həyata keçirilən aerodinamik parametr identifikasiya testlərini uğurla başa vurub.

 






Fikirlər