Düşmənin QORXULU YUXUSU: "AKINCI" zərbə endirməyə hazırdır - FOTO/VİDEO
Türkiyə dronlarının “atası” hesab edilən Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı "Akıncı" pilotsuz hücum dronlarının (TİHA) üçünün istehsalı tamamlanıb. "AzerTaym.az" publika.az-a istinadən xəbər verir ki, bu barədə Selçuk Bayraktar "Telegram" kanalında məlumat verib. Bildirək ki, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-lar Türkiyənin hərbi gücünü daha da artırmış olacaq. 2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.