"QARABAĞDA ZƏFƏRİN ƏSL SƏBƏBİ ŞƏHİDLƏRİMİZDİ..." - "“Bayraktar” sadəcə vasitədir, texnikadır...”

Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində əldə edilmədi. Zəfərin əsl səbəbi şəhidlərimizdir. Texnologiya sadəcə bir  maşındır, texnikadır. Bu səbəblə əsgərlərimizi yetişdirən Azərbaycan xalqına təşəkkür edirəm, şəhidlərin ruhu şad olsun”.

Bu sözləri Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrini istehsal edən “Baykar Holding” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

Yüksək texnoloji şirkətlərinin qurucularını və icraçı direktorlarını bir araya gətirən “World Net Summit” də çıxış edən Selçuk Bayraktara Qarabağdakı müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbədə “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin rolu barədə soruşublar.

“Qarabağ məsələsi bizim gənclik illərimizdə adətən içimizdəki yara idi. Bu gün Azərbaycan və Türk ordularının böyük mübarizəsi sayəsində bu yara əsasən sona çatmış oldu. Burada da milli texnologiyanın, ölkəmizin işləyib hazırladığı milli texnologiyanın rol oynamış olması bizim üçün açıq desək, böyük qürurdur. 

Mən burada, hamınızın hüzurunda bu səfərin əsl sahibi olan şəhidlərimizin ruhlarını şad etmək istəyirəm. Eşq olsun Türk ordularına! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”,-Selçuk Bayraktar bildirib. 

(https://video.piri.net/resim/upload/video/2020/12/18/52f7b2aad0924f62a74cd1d80bb89ecb.mp4)

Qeyd edək ki, Azərbaycan ordusu Qarabağdakı Vətən müharibəsində pilotsuz sistemlərin geniş çeşidini,o cümlədən hədəfləri aşkar edib onu daşıdığı yüksək dəqiqlikli raketlərlə məhv edən “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrindən geniş istifadə edib. “Bayraktar TB2” PUA-ları bundan əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların gedişini Türkiyənin xeyrinə dəyişdirməkdə böyük rol oynamışdı.






Fikirlər