"İşğaldan azad edilən kəndlərdən birinə "Bayraktar" adı verilsin..."
Azərbaycanda sosial şəbəkə istifadəçiləri ordumuz tərəfindən işğaldan azad edilən kəndlərdən birinə Bayraktar adının verilməsini təklif ediblər. Bu təklif Türkiyənin Azərbaycanın haqq savaşında ölkəmizə göstərdiyi dəstəyinə təşəkkür etmək məqsədilə irəli sürülüb. Təklif Türkiyə mətbuatında da yer alıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlcuq Bayraktarın adının kəndlərdən birinə verilməsi təklifi türklər tərəfindən yüksək qürur hissi ilə qarşılanıb. Yüzlərlə sosial şəbəkə istifadəçisi Azərbaycan-Türkiyə dostluğunu və dəstəyini ifadə edən paylaşımlar ediblər.