QARABAĞda keçiriləcək hərbi əməliyyatın kod adı: “CIDIR DÜZÜ” – Təklifin dəstəkçiləri artır

Image result for qarabağda əməliyyat

"Hərbi əməliyyatın necə adlandırılacağından asılı olmayaraq, münaqişənin başqa həll yolu yoxdur”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pinarı” hərbi əməliyyatından sonra Azərbaycanın da işğal edilmiş torpaqları azad etmək üçün "Cıdır düzü” adlı əməliyyatlara başlamasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən, ADP sədri Sərdar Cəlaloğlu deyib:

 "Azərbaycan əslində öz torpaqlarını işğaldan azad etmək üçün hansısa bir nümunəyə istinad etməməlidir. Beynəlxalq hüquqa görə, aqressiyaya məruz qalan ölkənin istənilən vasitədən istifadə etməklə ərazilərini azad etməyə tam haqqı var. Türkiyə təcrübəsi göstərir ki, hər yerdə və hər şeydə beynəlxalq dairələr öz marağını güdür. Ona görə də beynəlxalq dairələrin bu kimi haqsız tələblərinə məhəl qoymamalıyıq. Azərbaycan adını nə qoyurlarsa qoysunlar, mütləq hərbi vasitədən istifadə etməklə Dağlıq Qarabağı azad etməlidir. Bu zaman Türkiyə və Pakistan kimi ölkələrlə hərbi müqavilələr də bağlamalıyıq. Çünki Ermənistan bu halda, Fransa və ya digər dövlətlərin imkanlarından istifadə edə bilər. Azərbaycan isə ermənilərin beynəlxalq dəstəyini neytrallaşdırmaqla ərazilərimizin işğalına son qoymalıdır. Azərbaycan torpaqları öz gücü ilə tamamilə işğaldan azad etmək güc və imkanına malikdir”.






Fikirlər