Millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə HƏLLİNDƏN DANIŞDILAR...

Millət vəkilləri Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllindən danışdılar

Son dövrlərdə Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi aktivləşsə də, yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi hesabına irəliləyişlər əldə etmək mümkün deyil.

 "AzerTaym.az "ölkə.az"a istinadla xəbər verir ki, fevralın 16-17-də Münhendəki Beynəlxalq Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü planlaşdırılsa da, son anda İrəvan bu danışıqlardan imtina etməli oldu. Bu bir daha göstərir ki, Ermənistanın yeni rəhbərliyi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini bəyan etsə də, Azərbaycandan fərqli olaraq münaqişənin sülh yolu ilə həlli istiqamətində hər hansı həll yoluna malik olmadığını göstərir. Yaranmış durumla bağlı deputatların Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsininn həlli ilə bağlı hansı addımları atmasını öyrəndik.

Deputat Fazil Mustafa deyib ki, Ermənistan münaqqişənin həllində Azərbaycan müharibə yolu ilə torpaqlarını azad etməkdən başqa yol buraxmır.

"Ona görə də Azərbaycan düşünüb-daşınılmış uğurlu hərbi əməliyyatlara başlayıb topraqlarımızı işğaldan azad etməlidir. Ermənilər anlamalıdırlar ki, əvvəl-axır bu torpaqlar geri qaytarılacaq. Azərbaycanın bundan başqa yolu qalmır"- F. Mustafa deyib.

Deputat Fəzail Ağamalı "ölkə.az"a deyib ki, Ermənistanın bu destruktiv hərəkəti Azərbaycana başqa alternativ buraxmır:
"Azərbaycan ordusu öz sözünü deməli və torpaqları güc yolu ilə azad etməlidir. Azərbaycan ordusu buna qadirdir və münasib zaman yetişən kimi hərbi əməliyyatlara başlamalıdır".

Deputat Araz Əlizadə də açıqlamasında deyib ki, Qarabağın işğaldan azad edilməsinin müharibədən başqa alternativi yoxdur: "Ermənistanın indiki rəhbəri Nikol Paşinyan sülh müqaviləsi imzalamağa belə hazır olsa və ya belə sənədə imza atsa, onu hansı acı aqibətin gözlədiyini yaxşı bilir. Ona görə də Qarabağ probleminin həllinin bir yolu var, o da hərb yoludur. Əgər Azərbaycan hərbi əməliyyatlara başlayıb torpaqları işğaldan azad etsə, beynəlxalq aləm ona bir söz deməyəcək. Çünki qalibi mühakimə etmirlər. Özü də ki, günümüzün beynəlxalq münasibətlər sistemində güc hər şeyi həll edir. Güclüsənsə haqlısan, hüquq sənin tərəfindədir".

Deputat Elman Məmmədov isə açıqlamasında deyib ki, erməniləri ədalətli sülhə vadar etmək üçün Azərbaycan öz hərbi qüdrətini nümayiş etdirməlidir.
"Azərbaycanın hərbi qüdrətini görən ermənilər özləri danışıqlar masasına oturmaq məcburiyyətində qalacaq",- E.Məmmədov deyib.






Fikirlər