Obama Ərdoğana kömək təklif etdi KÖMƏK təklif etdi
Prezidentlər arasında telefon danışığı baş tutub. ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün, iyulun 19-da, telefon danışığl zamanı Türkiyədə baş verən hərbi çevrilişə cəhdi müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest ənənəvi brifinqində bildirib. “Barak Obama Türkiyə prezidentinə dövlət çevrilişinə cəhdin araşdırılmasında hərtərəfli kömək təklif edib”, - Ernest deyib. Onun sözlərinə görə, Obama bu imkandan demokratik yolla seçilmiş mülki Türkiyə hökumətinə Birləşmiş Ştatlarının qətiyyətli dəstəyini bir daha təsdiq etmək üçün istifadə edib. (oxu.az)