Obama Ərdoğana zəng edib bunu tələb etdi

Obama Ərdoğana zəng edib bunu tələb etdiABŞ prezidenti Barak Obama Türkiyə prezidentinə zəng edib.

 Azərtaym.az xəbər verir ki, Obama İraq hökumətinin BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telefonda Türkiyə ordu birləşmələrinin Şimali İraqdakı mövcudiyyəti müzakirə olunub. Türkiyənin Mosul yaxınlığındakı Başika bölgəsindən öz əsgərlərini arxaya çəkməsinin düzgün addım olduğunu vurğulayan Obama Ərdoğana mərhələli şəkildə Şimali İraqdan çıxmağı məsləhət verib.

Xatırladırıq ki, Obamadan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden də bu məsələ ilə bağlı baş nazir Əhməd Davudoğluna zəng etmiş və türk qoşunlarının Şimali İraqdan çıxarılması məsələsini müzakirə etmişdi.






Fikirlər