Ərdoğanla Obama arasında TELEFON danışığı olub

Ərdoğanla Obama arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Ölkə.Az xəbər verir ki, Ərdoğan ABŞ-ın Orlando şəhərindəki gecə klubunda baş verən qətliamla əlaqədar özünün amerikalı həmkarına başsağlığı verib.

Ərdoğanın başsağlığını qəbul edən Obama ona yetirdiyi diqqətə görə minnətdar olduğunu bildirib.

Söhbət zamanı liderlər terrorizmlə mübarizədə birgə səylərin vacibliyini vurğulayaraq bu sahədə əməkdaşlığı genişləndirməyi qərara alıblar.






Fikirlər