Türkiyə süni nəfəs aparatı istehsalına başladı – Aya 5000 ədəd
Türkiyə may ayından etibarən hər ay 5 000 ədəd süni nəfəs aparatı istehsal etməyə başlayır. Tamamən türk mühəndisləri tərəfindən hazırlanan bu cihaz cəmi 14 gün müddətində istehsalata hazırlanıb. Turkustan.info xəbər verir ki, işin mühəndislik qismini “Biosis” adlı gənc təşəbbüskarlardan ibarət şirkətlə “BAYKAR” qrupu tərəfindən ərsəyə gətirilən tənəffüs ventilyatorları sadəcə Türkiyə üçün deyil, dünyaya da satılacaq. Erdoğanın video-konfransla iştirak etdiyi təqdimat mərasimində çıxış edən “Baykar”ın qurucusu və Baş direktoru Selçuk Bayraktar “Biz bu cihazları ölkəmiz üçün deyil, bütün insanlıq üçün istehsal edirik” deyib.