Mağazalarda SÜNİ ƏT SATILACAQ: 5 noyabrdan…

Rusiyada 5 noyabrdan etibarən mağazalara süni ət satışa çıxarılacaq.

"AzerTaym.az" Cebhe.info-ya istinadən bildirir ki, ətin istehsalçısı “Beyond meat” ABŞ şirkətidir.

Süni ət ilk olaraq “Ləzətin əlifbası” mağazalar şəbəkəsində satışa çıxarılacaq.

Daha sonra ət 29 ticarət nöqtəsinə paylanacaq. Bu ətin tərkibində su, yağ, paxlalı bitkilərdən alınan zülal var. Ət istehsalçıları bildirib ki, bu ət dad və görüntüsünə görə heyvan mənşəli ətdən heç nə ilə fərqlənməyəcək.     






Fikirlər