FHN-də müşavirə keçirildi - FOTO

FHN-də müşavirə keçirildi

Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

 Nazir müavinlərinin, nazirliyin aidiyyəti struktur bölmələrinin və agentliyin rəhbər şəxslərinin iştirak etdikləri müşavirədə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, qurumun hesabatına dair təqdimatlar dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

 


 






Fikirlər