Dmitri Medvedev AÇIQLADI: Rusiya bu halda nüvə silahından istifadə edə bilər
“Əgər zəfər Rusiyanın deyilsə, bu o deməkdir ki, qalib Ukraynadır”. Musavat.com xəbər verir ki, bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin şəxsi telegram kanalında yazdığı növbəti statusunda əks olunub. “Ukraynanın müharibədəki məqsədi bəllidir- əvvəllər ona məxsus olan bütün ərazilərin qaytarılması. Yəni onların Rusiyadan qoparılması.
Bu isə dövlətimizin mövcudluğu və bugünkü Rusiyanın dağılması təhlükəsini doğurur. Beləliklə, Rusiya Federasiyasının Dövlət Siyasətinin Əsaslarının 19-cu bəndinin tətbiqi üçün birbaşa səbəb yaranır”, - Medvedev yazıb.