“Donbass Ukrayna torpağıdır” - Medvedev etiraf etdi

“Donbass Ukrayna torpağıdır” - Medvedev etiraf etdi Luqansk və Donetsk vilayətlərində baş verənlər Ukrayna hakimiyyətinin problemidir, çünki bu torpaq onlarındır”.
AzNews.az xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Dmitri Medevedev “Nezavisimaya qazeta”da çap etdirdiyi məqaləsində yazıb.

“Rəsmi Kiyev Donbassı öz əraziləri hesab edirsə, burada qayda-qanun yaratmalıdır. Necə ki, Rusiya Federasiyası Krımdakı vəziyyəti normallaşdırdı və insanlar öz evlərinə qayıtdı. Bu yarımada ilə bağlı Kiyevlə olan mübahisə də beləcə sona çatdı. Ukrayna isə öz ölkəsinin cənub-şərqində qayda-qanun yaratmaq istəmir”, - deyə Baş nazir vurğulayıb.

Medvedev Ukraynanın Avropa Birliyinin Assosiasiya sazişinə qoşulacağı halda 15 milyard dollar itirəcəyini də qeyd edib:
“2015-ci ildə Gömrük İttifaqına daxil olan ölkələrin birgə səyi nəticəsində Rusiyaya işləməyə gələn ukraynalı sezon işçilərinin sayı da aşağı düşəcək. Bu da Ukraynanın Ümumi Daxili Məhsulunun 7 faiz azalması ilə nəticələnəcək. İşləmək üçün Rusiyaya gələn 6 milyon insan ümumilikdə 13 milyard dollar pul qazanırdı. Artıq yanvar ayının 1-dən başlayaraq ukraynalılar Rusiyada icazəsiz işləyə bilməyəcəklər”.






Fikirlər