"Azərbaycan yeni müasir silah və hərbi texnikalar alacaq" Zakir Həsənov
"Azərbaycan Ordusu yeni müasir silah və hərbi texnikalar alacaq". "AzerTaym.az" bildirir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə deyib. Dövlət başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan nazir bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.