Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş ərazilərimizin taleyi necə olacaq?..

Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş ərazilərimizin taleyi necə olacaq?..

“Məhz bu səbəbdən baş nazir Paşinyan davamlı olaraq Azərbaycanın  86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını vurğulayır...
 
“Azərbaycanın Ermənistan ərazisində olan torpaqları yalnız anklav hesab edilən məlum 8 kəndlə məhdudlaşmır. Sovetlər dövründə həm Laçın, həm Kəlbəcər, həm Qazax və s. rayonların ərazilərindən kifayət qədər böyük torpaq sahələri Ermənistan SSR-ə birləşdiriılib”. 
 
 Hərbi ekspert Ədalət Verdiyev SSRİ imperiyası dönəmindən bəri əsassız olaraq Ermənistanın nəzarətində qalan Azərbaycan ərazilərindən danışarkən bildirib. 
 
“Bu məsələni həll etmək üçün cənab Prezident daha əvvəl sərhədlərin delimitasiya və demarkasiyasını müxtəlif illərin xəritələrindən istifadə etməklə aparmağı təklif etmişdi. Bu da Ermənistan tərəfi dərindən narahat edən problemlərdən biridir. Məhz bu səbəbdən baş nazir Paşinyan davamlı olaraq Azərbaycanın  86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını vurğulayır və bizim tərəfdən də Ermənistanın  29,8 min kvadrat kilometrlik  ərazisinin tanınmasına çalışır. Lakin diqqət etsəniz, rəsmi Bakı heç vaxt Ermənistanın ərazi bütövlüyünü məhz 29, 8 min kvadrat kilometrlik sahədə qəbul etdiyini bildirməyib. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, ancaq hələlik bunu kvadrat kilometrlərlə ifadə etməmişik. Bu da məhz  sovet dövründə əsassız olaraq Ermənistana verilən ərazilərlə bağlıdır”, -deyə açıqlamasının davamında ekspert vurğulayıb. 
 
Sultan Laçın,
Moderator.az






Fikirlər