Rusiya təyyarəsini azərbaycanlı fotoqraf “vurub” – Açıqlama
Azərbaycanlı fotoqraf necə “düşmən”ə çevrildi?
Rusiyanın Su-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulması bütün dünyanın müzakirə mövzusuna çevrilib. Dünən sosial şəbəkələrdə yayılan bir fotoşəkil isə bu müzakirələri bir az da qızışdırıb.
AzNews.az xəbər verir ki, paylaşılan fotoda gənc bir oğlan pilot uniformasındadır. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri həmin fotonu paylaşaraq Rusiya təyarəsini vuran Türkiyəyə məxsus F-16-nın pilotu olduğunu iddia ediblər.
Daha sonra şəkildəki gənc oğlan yüz minlərlə rusiyalının hədəf obyektinə çevrilib. Hər kəs onu lənətləyib, bir çoxları isə hətta həmin şəxsi “hərbi cani” adlandıraraq tapıb öldürməyi təklif edib.
İş o yerə çatıb ki, müzakirələr sosial şəbəkələrdən çıxaraq mətbuat səhifələrinə düşüb. Hətta Rusiya mediasından da keçərək, xarici KİV-lər tərəfindən tirajlanıb.
Lakin hər kəsin lənətləyərək paylaşdığı fotodakı gəncin pilot olmadığı məlu olub. Həmkarları həmin şəxsin azərbycanlı fotoqraf Vüqar İbadov olduğunu bildiriblər. Məlum olub ki, fotolar 2 il əvvəl azərbaycanlı və türk pilotların birgə iştirakı ilə keçirilən TurAz təlimləri zamanı çəkilib. V.İbadov həmin fotoda türk pilotunun formasında olub. Onun mətbuat səhifələrinə düşməsinin səbəbi isə dostlarının sadəcə zarafat etmək cəhdi olub.
Belə ki, dostlarından biri V.İbadovun pilot formasında olan fotoşəklini paylaşaraq Rusiya təyyarəsini vuran F-16-nın pilotu qeydini yazıb. Azərbaycanlılar tərəfindən “fəxrlə” paylaşılmağa başlayan foto sərhədləri aşaraq Rusiya və oradanda xarici mətbuta çıxıb.
Məsələ ilə bağlı AzNews.az-a danışan Vüqar İbadov bildirib ki, fotolar çəkiliş zamanı çəkilib: “Kimsə zarafat etmək istəyib, sadəcə anlaşılmaz vəziyyət yaranıb. Azəbaycan saytları da götürüb xəbər ediblər. Bu məsələni şişirtmək lazım deyil. 2-3günə şəklimin ətrafında gedən söz-söhbətlər səngiyəcək”.