TRAMP: "Qalib gəlməsəm, III Dünya müharibəsi başlayacaq"

Tramp:

Donald Tramp seçkilərdə qalib gəlməsə, Yaxın Şərqdə böyük müharibənin və ola bilsin ki, III Dünya müharibəsinin başlayacağını bildirib. O, müvafiq bəyanatla iyulun 26-da İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı çıxış edib.
Poliqon bu barədə "The Hill"ə istinadən xəbər verir.
"Qalib gəlsək, çox sadə olacaq. Hər şey düzələcək və çox tezliklə. Əgər bunu etməsək, Yaxın Şərqi böyük müharibələr və ola bilsin ki, III Dünya Müharibəsi gözləyir. İndi biz II Dünya müharibəsindən sonra heç vaxt olmadığı qədər III Dünya müharibəsinə daha yaxınıq. Heç vaxt bu qədər yaxın olmamışıq, çünki ölkəmizi səriştəsiz insanlar idarə edir", deyə Tramp bildirib.
Tramp Ağ Evi geri qaytarmasa nələrin baş verə biləcəyi ilə bağlı digər qaranlıq proqnozlar verib, o cümlədən birjanın çökəcəyini deyib.
Nəşr xatırladır ki, Tramp bundan əvvəl Yaxın Şərqdə İsrail və HƏMAS arasında döyüşlər və Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən dünyanın yeni qlobal müharibə astanasında olduğunu bəyan edib.
Xatırladaq ki, Bayden və Tramp daha əvvəl III Dünya müharibəsi təhlükəsi ilə bağlı ciddi ittihamlar səsləndirmişdilər. Demokrat iddia edirdi ki, respublikaçı amerikalıları dünya qarşıdurmasına apara bilər. O, bəyan edib ki, Tramp seçkilərdə qalib gəlsə, III Dünya müharibəsi başlaya bilər: "Əgər III Dünya müharibəsi istəyirsnizsə, qoy o qalib gəlsin".






Fikirlər