"Hücum planı təsdiqlənib, hökumətin qərarı gözlənilir" - İsrail İrana hücuma hazırdır
Hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqi gözlənilir. “AzPolitika” xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayıb. Məlumata görə, İsrailin müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevin İrana hücum planını təsdiqləyib. Digər tərəfdən, İsrail ordusu radiosuna danışan bir səlahiyyətli, İsrailin İrana hücum hazırlığını ehtiva edən ABŞ kəşfiyyat sənədlərinin sızmasından sonra Tel-Əviv rəhbərliyinin hücumu təxirə salmaq məcburiyyətində qalması xəbərinin doğru olmadığını bildirib. Adı açıqlanmayan rəsmi bildirib ki, İsrail hücum üçün uyğun vaxtı seçəcək.