OSMANOVUN VƏZİFƏSİ GƏNC GENERALA TAPŞIRILIB - Tanınmış şəxsin oğludur + FOTO
Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib. "AzPolitika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, İrana səfər edən nümayəndə heyətinə Fərid Əliyev rəhbərlik edib. Məlumatda bildirilir ki, general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Qeyd edək ki, Fərid Əliyeva “general-mayor” ali hərbi rütbəsi ötən il verilib. 1987-ci il təvəllüdü Fərid Əliyev 2023-cü ilin yanvar ayınadək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Xatırladaq ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib. Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.