Prezident Zəlimxan Yaqubun vida mərasimində - Fotolar
Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.
Dövlət başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.
Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər 1023 dəfə oxunub.
'