Dövlət iki mərkəzi satır – HƏRRAC
Bakıda martın 29-da hərraca çıxarılacaq obyektlər açıqlanıb. Bu barədə Axar.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, tikintisi dondurulmuş, normativ müddəti ötmüş və inşası başa çatdırılmamış obyektlər var. Onlardan biri Lökbatan qəsəbəsində yerləşən İstehsal və Xidmət Müəssisəslərinin İdarəetmə Mərkəzidir. Eyni adlı mərkəz paytaxtın Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində hərraca çıxarılacaq. Hərraclar Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcək.