Lüt fotoları yayılan azərbaycanlı model məmura ərə gedir — ÖZƏL + FOTOLAR
Model Əfsanə Qasımova ailə qurmağa hazırlaşır Ölkə.az xəbər verir ki, sənətçinin ailə quracağı şəxs keçmiş məmurdur. Model özü də əməkdaşımızla söhbət zamanı xəbəri təsdiqləyib: "Bəli, ailə qurmağa hazırlaşıram. Həyatımda olan şəxs vaxtilə çox böyük vəzifədə olub. Adını desəm, hamı tanıya bilər. Onsuz da toyumuzda hamı biləcək ki, o kimdir. Hələlik tələsmirik, bir-birimizi tanımağa çalışırıq. Qismət olsa, ilin sonuna kimi toyumuz olacaq". O da məlum olub ki, modelin ailə quracağı şəxs ondan 20 yaş böyükdür: "Bəli, iyirmi yaş fərqimiz var. Amma buna görə heç birimiz narahat deyilik. Əsas olan ürəkdir, sevgidir". Qeyd edək ki, bir müddət öncə Əfsanə Qasımovanın açıq-saçıq fotoları telefonundan oğurlanmışdı. Xatırladaq ki, bir müddət öncə Cəbrayılın icra başçısı vəzifəsindən azad olunan Mahmud Quliyev də evlənəcəyini bildirmişdi. İntiqam VALEHOĞLU
Ölkə.az