Azərbaycan və Meksika GÖMRÜK xidmətləri arasında əməkdaşlığın GƏLƏCƏK PERSPEKTİVLƏRİ müzakirə edilmişdir

 

 

"AzerTaym.az" DÖVLƏT GÖMRÜK XİDMƏTİnin MX-nin məlumatına istinadən xəbər verir ki,bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul etmişdir.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.

Meksikalı diplomat səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin istər iqtisadi, istərsədə mədəni sahələrdə əlaqələrindən söhbət açmış, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə etmişdir.

     Aydın Əliyev iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq,  2014-cü ilin sentyabrındaAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Ümumdünya Gömrük Təşkilatının Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfərini məmnunluqla xatırlatmış, eləcə də ötən il Bakıda keçirilən 10-cu illik PICARD Konfransında meksikalı tələbələrin iştirakının qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi üçün çox faydalı olduğunu bildirmişdir. DGK sədri “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş”in artıq hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümid etdiyini bildirmiş, bu sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyinidiqqətə çatdırmışdır.

    DGK sədri Aydın Əliyev iqtisadi-ticari əlaqələrdən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən də söhbət açmış, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan və bu imkanlardan maksimum yararlanmağın vacibliyindən bəhs etmişdir.

        Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyətindən məmnunluğunu ifadə etmiş, burada az müddətdə böyük təəssüratlar əldə etdiyini bildirmişdir.

Meksika hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən diplomat iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açmış, eləcə də Azərbaycan və Meksika gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulamış, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

    Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

"AzerTaym.az"






Fikirlər