Azad Cavadov vəzifəsindən AZAD OLUNDU

azad-cavadov-1

Vüqar Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası V. Abdullayevə həvalə edilib.

Qeyd edək ki, indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb. A. Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərir.

 






Fikirlər