Bağlanan BANKda 40 MİLYON manat PULU olan ƏMANƏTÇİ varmış

Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub

 

Bu barədə ATV-nin “İqtisadi zona” verilişinə müsahibəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Bununla belə, fond rəhbəri həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb. 
Xatırladaq ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.

 






Fikirlər