“Turan” agentliyi sabahdan fəaliyyətini DAYANDIRACAQ
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətini qeyri-müəyyən vaxta kimi dayandırmaq məcburiyyətindədir. Kollektiv “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin avqustun 24-də şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından verilmiş apelyasiya şikayətinin dünən rədd edilməsindən sonra belə qərara gəlib. Xatırladaq ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb