ETİMAD İSMAYILOVUN CƏNAZƏSİ BAKIYA GƏTİRİLİB - Bu gün dəfn olunacaq +Fotolar

4

Dünən axşam saat təxminən 21:00 radələrində İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilən iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun nəşi Bakıya gətirilib.

AzerTaym.az -ın verdiyi məlumata görə, mərhumun cənazəsini gətirən təyyarə gecə 00:30 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Cənazəni mərhumun atası İlyas İsmayılov, həyat yoldaşı Sevil Nuriyeva və digər yaxınları, ümumilikdə 50-yə yaxın şəxs qarşılayıb.

E. İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb. “Qafqazinfo”ya istinadən hava limanından çəkilən fotoları təqdim edirik:

12

3

Qeyd edək ki, dünən İstanbulun Florya məscidində Etimad İsmayılovla vida mərasimi keçirilib. Məscid yerləşdiyi rayon İstanbul Polis İdarəsi və təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühafizə olunub. Vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu, KİV rəhbərləri, siyasi partiya nümayəndələri və mərhumun yaxınları iştirak edib. Cənazə namazı qılındıqdan sonra cənazə Bakıya göndərilməsi üçün hava limanına yola salınıb.

Onu da qeyd edək ki, Etimad İsmayılov sabah təxminən 12:00 radələrində Nardaran qəbristanlığında dəfn olunacaq. Cənazə  İlyas İsmayılovun Nardarandakı evindən götürüləcək. Mərhumun yas mərasimi isə bazar günü “Tural” Mərasim Evində olacaq.

 






Fikirlər